Xəbər axtarın

Son axtarış nəticələri:

Qaradağ Rayon İH-də əməliyyat: bir neçə vəzifəli səxs HƏBS OLUNDU - YENİLƏNİB

02.11.2025 13:30

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində (İH) əməliyyat keçirib.

Primeinfo.az xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin başməsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir.

***

22:58

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.

Primeinfo.az Unikal-a istinadla xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Nadir Yədulla oğlu Muradov saxlanılıb.

Onun hansı səbəbdən saxlanması hələlik açıqlanmayıb.

N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Paylaş: