Xəbər axtarın

Son axtarış nəticələri:

DTX Balakəndə əməliyyat keçirib, İcra başçısı və müavinləri saxlanılıb - FOTO

30.10.2025 11:23

DTX Balakəndə əməliyyat keçirib, İcra başçısı və müavinləri saxlanılıb - FOTO
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti icra edib.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.

Onlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.

Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır.

Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

DTX Balakəndə əməliyyat keçirib, İcra başçısı və müavinləri saxlanılıb - FOTO

İslam Rzayev

Paylaş: