
Bərdədə qidadan zəhərlənən bir ailənin 4 üzvünün vəziyyəti açıqlanıb.
Primeinfo.az TƏBİB-ə istinadən xəbər verir ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub.
Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
11:12
Dünən Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Həmid oğlu Əliyev, arvadı 1968-ci il təvəlüldlü Elza, oğlu 1994-cü il təvəllüdlü Şəmistan və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları Xanərəb kəndindəki evlərində qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
T.Əliyevanın vəziyyəti ağır, digərlərinin isə qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.