
İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Mark Kukurelya İspaniya çempionatında çıxış edə bilər.
Primeinfo.az “Fichajes”ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya “Atletiko” maraq göstərir.
Klub ispaniyalı arxa xətt oyunçusu ilə 2026-cı ilin yayında danışıqlara başlamağı planlaşdırıb. Futbolçunun London təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Qeyd edək ki, M.Kukurelya cari mövsümdə meydana çıxdığı 15 matçda iki məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı “Barselona”nın yetirməsini 45 milyon avro dəyərində qiymətləndirir.