Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir: "Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq məsələlərini müzakirə etdik" - FOTO

04.11.2025 22:31

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb.

Primeinfo.az məlumatına görə, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu ölkəyə rəsmi səfərim zamanı Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Buğali ilə görüşməkdən məmnunam. Görüş zamanı ölkələrimiz arasında əməkdaşlıq istiqamətlərini müzakirə etdik və Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladıq”, – deyə C. Bayramov qeyd edib.

Paylaş: