Xəbər axtarın

Son axtarış nəticələri:

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı

15.12.2025 10:28

15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü münasibətilə Türk dünyasının bütün xalqlarını səmimi-qəlbdən təbrik edirik.

Primeinfo.az xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) əlamətdar gün münasibətilə türkdilli xalqlara ünvanladığı mesajda bildirilib.

Təbrik mesajı təşkilata üzv ölkələrin dillərində ayrı-ayrılıqda paylaşılıb.

Xatırladaq ki, 15 dekabr tarixi UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edilib.

Paylaş: