
“İnsanlar var ki, baxırsan, 30 ildir Azərbaycanda yaşayır, buranın vətəndaşıdır, amma Azərbaycan dilini bilmir, rusca danışır. Dünyanın heç bir ölkəsində belə bir hal yoxdur”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, başqa ölkələrdə dövlət dilində danışa bilməyənləri heç işə belə götürmürlər:
“Əgər Azərbaycanda yaşayıb, bilərəkdən rusca danışırsansa, deməli mənim xalqımı sevmirsən. Bunu nə Latviya, nə Almaniya, nə də Kanadada edə bilməzsiniz. Bu ölkələrin vətəndaşlığını almaq üçün dil imtahanı verməlisiniz. Azərbaycanda yaşayıb, Azərbaycan dilini bilməmək olmaz. Bununla bağlı xüsusi qanun qəbul edilməlidir”.