Xəbər axtarın

Son axtarış nəticələri:

Emin “Titanik”in məşhur aktyoru ilə - FOTO

08.10.2025 18:44


Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor, “Titanik” filmi ilə məşhurlaşan Billi Zeynlə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.

“Aktyor Billi Zeynlə birlikdə… Əminəm ki, siz onu “Titanik” filmindən tanıyırsınız. Birlikdə dünya musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumilikdə meqapeşəkar və həqiqətən də məşhur insanlarla möhtəşəm görüş oldu”, – Emin Ağalarov bildirib.

Xatırladaq ki, Billi Zeyn “Titanik” filmində Kaledon Hokli rolunu canlandırıb.

 

 

Paylaş: