
Xalq artisti Əminə Yusifqızı dəfn edilib.
Primeinfo.az xəbər verir ki, onun nəşi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 89 yaşında dünyasını dəyişən Xalq artisti ilə vida mərasimi bu gün Təzəpir məscidində keçirilib.
Mərasimdə onun ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak ediblər.













