Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Bağçalının evinə getdi

12.11.2025 22:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını evində ziyarət edib.

Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Görüş Ankarada, Bağçalının Türkmənbəyi küçəsində yerləşən iqamətgahında baş tutub. Bildirilib ki, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb. Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər.

Daha sonra iki lider qapalı görüşə keçiblər.

Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib.

Paylaş: