Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Putinlə ABŞ-ın Ukrayna üzrə sülh planını müzakirə edib

24.11.2025 16:35

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə liderləri Ukraynadakı vəziyyət, o cümlədən Amerikanın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar.

Putin Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yolla həllində maraqlı olduğunu bir daha təsdiqləyib. O qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı hazırkı təklifləri nizamlama üçün əsas təşkil edə bilər.

 

Paylaş: