Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: Qəzzada atəşkəsin olması üçün əlimizdən gələni edirik - FOTO

24.10.2025 13:24

 

“Türkiyə Qəzzada atəşkəsin əldə edilməsi üçün əlindən gələni etməkdə davam edir”.

Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, HƏMAS atəşkəsə riayət edir. Türkiyə lideri qeyd edib ki, başda ABŞ olmaqla, beynəlxalq ictimaiyyət İsrailin atəşkəsə və razılaşmaya tam riayət etməsini təmin etmək üçün daha çox səy göstərməlidir:

“Qəzzanı yenidən bərpa etmək üçün hazırlıqlar aparırıq. Artıq söz yox, əməl vaxtıdır. İnanıram ki, Qəzza yenidən ayağa qalxacaq”.

Türkiyə Prezidenti Körfəz ölkələrindəki görüşlərində bu məsələ ətrafında müzakirələrə də toxunub.

“Küveyt, Qətər və Omanda bu məsələ ilə bağlı güclü və səmimi bir iradə, həmçinin vicdani həssaslıq gördük. Xüsusilə, Qətər bu vaxta qədər Fələstinə ən çox dəstək verən ölkələrdən biridir” – deyə, Ərdoğan qeyd edib.

Paylaş: