Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verib

14.11.2025 10:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada qəzaya uğrayan, Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsində həlak olan pilotun ailəsinə başsağlığı verib.

Primeinfo.az bildirir ki, Ərdoğan hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib:

“Bu gün axşam saatlarında Xorvatiyada Meşə Təsərrüfatı Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini aldıq. Pilotlarımızdan birinin ölümü ilə nəticələnən bu faciəvi hadisə bizi dərindən kədərləndirdi. Şəhidimizə Allahdan rəhmət, ailəsinə, ölkəmizə və millətimizə başsağlığı diləyirəm”.

Paylaş: