Xəbər axtarın

Son axtarış nəticələri:

"Gizir Xanı" dəfn edilib

24.09.2025 14:18


Ötən gün Ağdamda minaya düşərək həlak olan Səyyaf Əhmədov (“Gizir Xanı”) dəfn edilib.

Primeinfo.az xəbər verir ki, S.Əhmədovla Baharlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

O, Üçoğlan kəndindəki “Eşq Abdal” qəbiristanlığında dəfn olunub.

Əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. O, həm I Qarabağ müharibəsinin iştirakçısı, həm də Vətən müharibəsinin könüllüsü olub. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb.

Onun vətən uğrunda döyüşlərdə göstərdiyi şücaət dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib.

 

Paylaş: