
Göygöldə minik avtomobilinin aşıb deformasiyaya uğraması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az APA-ya istinadla xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü M. Kalpanov həyatını itirib.
Hadisə zamanı avtomobildə olan daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılır.
Qəza barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları əraziyə cəlb olunub.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan mərhumun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.