
“İranda öz haqlarımızı, hüquqlarımızı, gələcəyimizi təmin etmək üçün biz bu gün meydanlarda olmalıyıq. Azərbaycanın meydandan kənarda qalması təcridolma deməkdir”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Milli fikir” verilişində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başqanı Eldar Qaradağlı bildirib.
O, İranda davam edən etiraz aksiyalarında Güney Azərbaycanın mövqeyindən danışıb:
“Bizim qarşımızda sadəcə İran rejimi deyil, Azərbaycanı istəməyən, sevməyən çox böyük qüvvələr var. Bizi təcrid edən qüvvələr varsa, biz o təcridi qırmalıyıq. Meydanda Azərbaycanın gücünü, qüvvətini, xüsusən də, başqa xalqlarla birlikdə göstərməliyik”.
Davamı “Milli fikir”də: