Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstanda qəzaya uğrayan təyyarədə hərbi sursat olmayıb - Türkiyə Milli Müdafiə Nazirliyi

13.11.2025 14:13

 

Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədə həlak olanlar Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olub.

Hərbi yük təyyarəsi sonuncu dəfə saat 13:50-də Tbilisi ilə əlaqə saxlayıb:

“11 noyabrda Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Bazasına məxsus 68-1609 nömrəli C-130E tipli təyyarə canlı qüvvə və materialların daşınması məqsədilə saat 09:02-də Kayseridən Gəncəyə uçub. Zəfər günü tədbriləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-lara texniki xidmət materialları çatdırmaq üçün 13:15-də yenidən havaya qalxıb. 13:50-də Tbilisi ilə son dəfə rabitə əlaqəsi qurulub, bundan sonra təmas kəsilib”, –  məlumatda bildirilir.

Qeyd edilib ki, təyyarə hələlik məlum olmayan səbəbdən Tbilisinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb.

 

 

Paylaş: