Xəbər axtarın

Son axtarış nəticələri:

Hafiz Hacıyev: “Nəcməddin Sadıxov, Əbülfəs Qarayev niyə həbs edilmirlər? - VİDEO

10.12.2025 12:22


“Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”ndakı adamların adlarını sadalaya bilərəm”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-də yayımlanan “Qırmızı Masa” verilişində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, Prezident Administrasiyasının keçmiş rəhbəri, “boz kardinal” Ramiz Mehdiyevin komandasında yer alan şəxslərin hələ də azadlıqda olduqlarına təəccübləndiyini bildirib:

“Əbülfəs Qarayev, Eldar Mahmudov, Ramiz Rzayev, Nəcməddin Sadıxov… Mən dəfələrlə demişəm ki, Nəcməddin Sadıxov bayırda qalmamalıdır. 10 ildir deyirəm ki, Əbülfəs Qarayevlə bağlı tədbir görün. 10 il bundan əvvəl dediyim fikrin araşdırılması indi aparılırsa, bu araşdırmalar da mən öləndən sonra aparılacaq? Tədbir görün də! 50 nəfərdən ikisinin aqibətini gördük. Bəs digərləri? Onlarla bağlı tədbir görmədikləri üçün də xalq arasında şayiə yayılır ki, bu yalandır”.

Daha ətraflı “Qırmızı masa”da:

 

Paylaş: