
HAMAS bütün israilli girovları azad edib.
Primeinfo.az AFP-ə istinadən xəbər verir ki, 13 nəfər israilli girov Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.
Qeyd edək ki, bundan əvvəl 7 israilli girov azad edilmişdi. Onlar İsrailə gediblər, ailələri ilə görüşüblər.
Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.
İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən həbs olunan 1700-dən çox fələstinli məhbusu azad edəcək.
Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.
Razılaşmaya əsasən, İsrail qoşunlarının çıxarılması, anklava humanitar yardımın daşınması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi nəzərdə tutulur.