Xəbər axtarın

Son axtarış nəticələri:

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri həbs edildi - FOTO

06.02.2026 20:14

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Dəryaz” qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Habil Tağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub. Barəsində həbs-qətimkan tədbiri seçilib.

Paylaş: