Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev: "Lord Con Alderdayslə səmərəli fikir mübadiləsi apardıq" - FOTO

06.11.2025 18:00

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdayslə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” platformasında bildirib.

“Bu gün Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya ticarət üzrə elçisi Lord Con Alderdayslə görüşməkdən məmnun oldum. Biz strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya əlaqələrimizi daha da genişləndirmək, həmçinin süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsində yaranan imkanlardan yararlanmaq yolları barədə səmərəli fikir mübadiləsi apardıq”, – H.Hacıyev vurğulayıb.

 

Paylaş: