Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev Müctəba Xamneyini TƏBRİK ETDİ

09.03.2026 17:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamneyini təbrik edib.

Primeinfo.az xəbər verir ki, təbrik mətnində deyilir:

– Möhtərəm Ayətullah Xamneyi həzrətləri.

İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.

Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm.

Paylaş: