
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.
Primeinfo.az-ın məlumatına görə, bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç Bakıda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun ardınca Serbiya lideri Aleksandr Vuçiçin də Azərbaycana cavab səfəri olacaq:
“Son vaxtlar ölkələrimizin liderləri arasında səfər mübadiləsi daha intensiv hal alıb. Məndə olan məlumata görə, Prezident İlham Əliyevin Belqrada səfəri gözlənilir. Ümid edirik ki, bu səfər tezliklə baş tutacaq, ardınca isə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana cavab səfəri edəcək”.