Xəbər axtarın

Son axtarış nəticələri:

İlhamə Quliyevanın bacısı qızı HƏBS EDİLDİ 

11.02.2026 12:08


Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.

Primeinfo.az Manset.az-a istinadən xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.

A.Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Nigar Həsənovanın həbs edilməsi ilə bağlı xəbər yayımlandıqdan sonra daha bir neçə nəfər “Qafqazinfo” ilə əlaqə saxlayaraq onların da pullarının adıçəkilən şəxs tərəfindən ələ keçirildiyini iddia ediblər. Bu əsasla zərərçəkmiş şəxslərin sayının və vurulmuş zərərin miqdarının artacağı da istisna edilmir.

Qeyd edək ki, Nigar Həsənova İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

 

Paylaş: