Xəbər axtarın

Son axtarış nəticələri:

İordaniyalı nazir: "Əmmanda Azərbaycanla biznes forum keçirilə bilər"

27.11.2025 14:41

İordaniya Əmmanda Azərbaycanla birgə biznes-forum keçirməyi təklif edir.

Primeinfo.az xəbər verir ki, bu barədə İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Quda Azərbaycan-İordaniya Hökumətlərarası Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq Komissiyasının dördüncü iclasında bildirib.

O vurğulayıb ki, ideyalardan biri ölkələrimizin biznes icmaları arasında əlaqələri daha da gücləndirmək məqsədilə Əmmanda keçiriləcək birgə komissiyanın növbəti iclası ilə paralel olaraq biznes forumunun keçirilməsi ola bilər.

 

Paylaş: