Xəbər axtarın

Son axtarış nəticələri:

İran xarici işlər nazirinin müavini Ermənistana səfər edəcək

07.01.2026 16:29

Yanvarın 7-də İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi siyasi məsləhətləşmələr çərçivəsində Ermənistana səfər edəcək.

Bu barədə Primeinfo.az İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr aparmaqla yanaşı Ermənistanın digər rəsmiləri ilə də görüşlər keçirəcəyi gözlənilir.

İki ölkənin iqtisadi, ticarət, tranzit, nəqliyyat və digər sahələrdə əməkdaşlığı üzrə məsləhətləşmələrin aparılacağı bildirilir.

Ermənistan səfərində iranlı rəsmi Cənubi Qafqazda sülh və əməkdaşlıq üzrə fikir mübadiləsi aparacaq.

Paylaş: