Xəbər axtarın

Son axtarış nəticələri:

İranda aksiyalarda 16 etirazçı ölüb, 582 nəfər həbs edilib

04.01.2026 19:32


İranda həftə ərzində iğtişaşlarda azı 16 nəfər öldürülüb.

Primeinfo.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən “HRANA” hüquq təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, bununla yanaşı, 582 nəfər həbs edilib.

Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir.

Daha əvvəl Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçıların polis idarələrindən birinə daxil olmağa cəhd göstərməsi nəticəsində silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.

İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

Paylaş: