Xəbər axtarın

Son axtarış nəticələri:

İranda etirazlarda ölənlərin sayı 5 minə çatdı - VİDEO

19.01.2026 11:43


İranda keçirilən etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

Hakimiyyət orqanları 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.

Ölənlər arasında 22-si uşaq, 23-ü isə bitərəf mülki şəxs olub.

4382 ölüm xəbəri ilə bağlı araşdırmalar davam edir.

İnsan Hüquqları Aktivistləri (HRA) təşkilatından isə 2107 nəfərin ağır yaralandığını və nümayişlər zamanı həbs olunanların sayının 24266-ya çatdığı bildirilib.

 

Paylaş: