Xəbər axtarın

Son axtarış nəticələri:

İranda milli valyuta ilə bağlı mühüm qərar təsdiqləndi

09.11.2025 12:49

İranda milli valyutanın denominasiyası təsdiqlənib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bununla bağlı Konstitusiyanın İcrasına Nəzarət Şurasının sözçüsü Hadi Tahan Nəzif açıqlama verib.

Nəzif bildirib ki, Şura ölkənin milli valyutasından dörd sıfırın silinməsini təsdiqləyib.

Onun sözlərinə görə, bu dəyişikliklər İran qanunlarına və konstitusiya prinsiplərinə zidd deyil.

Xatırladaq ki, oktyabrın 5-də İran parlamenti milli valyuta olan rialdan dörd sıfırın silinməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Paylaş: