Xəbər axtarın

Son axtarış nəticələri:

İsmayıllıda ağır qəza: ölən var

02.11.2025 14:19

İsmayıllıda ağır yol qəzası baş verib.

Primeinfo.az xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş: