Xəbər axtarın

Son axtarış nəticələri:

İspaniya hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə verməyib

02.03.2026 18:31

İspaniya ABŞ-a öz hərbi bazalarından İrana qarşı istifadə etməyə icazə verməyib.

Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, ölkəsi ABŞ-ın İrana qarşı hücumları üçün öz hərbi bazalarını istifadə etməyə icazə verməyəcək.

Qeyd edək ki, nazir İrana qarşı hücumları pisləyib.

“İspaniya bazaları bu əməliyyatda istifadə edilmir. Onlar heç bir zaman ABŞ-la razılaşmada nəzərdə tutulmayan və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olmayan hər hansı bir əməliyyat üçün istifadə edilməyəcək”, – XİN rəhbəri qeyd edib.

Paylaş: