Xəbər axtarın

Son axtarış nəticələri:

İspaniya Konqresinin sədri: "Azərbaycan-Ermənistan normallaşma prosesi sülh sazişi ilə nəticələnəcək"

23.01.2026 17:24

“Bugünkü görüş zamanı İspaniyanın, 2025-ci il avqustun 8-də Vaşinqton Sammitində imzalanmış razılaşmadan sonra Azərbaycan və Ermənistan arasında başlanmış normallaşma prosesində əldə edilən irəliləyişləri yüksək qiymətləndirdiyimi bildirdim”.

Primeinfo.az xəbər verir ki, bunu İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, ümidvar olduğunu bildirib ki, müvafiq şərait yaradıldığı təqdirdə bu proses Qarabağ regionunda onilliklər boyu davam edən münaqişəyə son qoyan sülh sazişi ilə nəticələnəcək, həmçinin yeni bir tərəqqi və əməkdaşlıq dövrünü açacaq.

Paylaş: