Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail ordusu Hizbullah komandirini öldürdü

25.10.2025 21:53

İsrail pilotsuz təyyarələri Livanın cənubundakı Haruf şəhərinə hava zərbələri endirib.

Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələri Hizbullahın Radvan Qüvvələrinin tank əleyhinə bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatunini məhv edib.

Məlumata görə, terrorçu Livanın cənubunda Hizbullahın terror infrastrukturunun bərpası səylərində iştirak edib:

“Onun fəaliyyəti İsrail və Livan arasında anlaşmaların pozulması demək idi. İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinə qarşı yarana biləcək hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək”.

Paylaş: