Xəbər axtarın

Son axtarış nəticələri:

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

22.09.2025 13:47


Növbəti tədris ilində İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək.

Primeinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, İstanbulda məktəbin yerləşəcəyi bina Türkiyə tərəfindən ayrılıb. Hazırda binada təmir işləri gedir:

“İstanbulda Azərbaycan vətəndaşı çox olduğu üçün buna ehtiyac olduğunu düşündük. Məktəbdə Türkiyə və Azərbaycan tədrisi məzmunundan istifadə olunacaq. Azərbaycan məktəbi orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək”.

Nazirin fikrincə, bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Paylaş: