
İsveçrədə Kran-Montana kurortundakı barda baş verən və 40 nəfərin həyatına son qoyan yanğından sonra 9 yanvar tarixi milli matəm günü elan ediləcək.
Primeinfo.az-ın məlumatına görə, bu barədə konfederasiya prezidenti Gi Parmelin “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.
Prezident həmin gün nəzərdə tutulan xatirə mərasimində iştirak etməyi də planlaşdırır.
“Milli həmrəyliyin başqa bir nişanəsi olaraq saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında bütün İsveçrə kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək”, – Parmelin əlavə edib.