
Jurnalist Heydər Mirzə noyabrın 21 də Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın zamanı içəridə qalıb.
Primeinfo.az xəbər verir ki, binanın 12 ci mərtəbəsində yaşayan jurnalist sosial şəbəkə hesabında yaşayış binasının qanunsuz obyektlərin səhlənkarlığı üzündən yandığını yazıb:
1001 hoqqa və sifətdən, məhkəmələrə və müvafiq orqanlara kisələrlə pul paylamaqdan (özü deyib, böhtan atmıram), məhkəmə hakiminin yanında “bizdə variantlar çoxdur, məhkəmə zad hərələmirik” deyən LOFT restoranının yiyəsi binamızı nəhayət ki yandırdı.
Yasamal məhkəməsini udmuşdu. 2 dəfə İTV gəlib çəkdi. Bir dəfə başqa kanal. İctimailəşdirdik. Apelyasiyaya hazırlaşırdıq. Çı fayda?
Ölənlər var. Çoxlu sayda yaralananlar var. Obyektin yiyəsi yoxdur, yarımştat şilləvuranı da gizlənib polislərin arxasında. Yaxınlaşıb siqarəti rojasına atıb anasının peşəsi haqda söz deyirəm, deyir “problem yoxdur”, cındırın dölü!!
AzTV gəlib. Sakinlərdən müsahibə götürür. Sual verir “binada neçə mərtəbə var?”. Çox vacib sualdır axı! Həyatı məna daşıyır axı! Mənim kişiliyim çatdı cavabını verməyə “binada neçə mərtəbə var?” sualına. Görüm AZTV-ninki qacaqamı o müsahibəni verməyə?!
O dünyadan qayıtdıq. Alov görmədim. Amma tüstüdə, işıqsız koridorda nə yaşadım… Pişiklər salamatdır, mən də. İndi valideynlərimin giləyini…
FHN və polislər camaatı boğula-boğula çıxartdılar. Sağ olun uşaqlar. Qəhrəmansınız!
Bir də təmkinli ol zad bu tip şey yazmaq istəyənlərə — təmkinli olduq. Qarajımızın yarısını qanunsuz özününküləşdirəndə təmkinli olduq, evimizin altını bazxanaya edəndə təmkinli olduq, məhkəmədə təmkinli olduq və s. Mənim nə atam oliqarx deyil, nə də ki anam şou biznes ulduzu deyil. Müəllim balasıyam, jurnalistəm. Rəsmən də ayın birindən işsizəm. Olanım — atamın aldığı bu ev idi. İndi nə olacaq bilmirəm…
Qeyd edək ki, yanğın hadisəsi zamanı 3 nəfər ölüb, 20 dən çox şəxs zəhərlənib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.