Xəbər axtarın

Son axtarış nəticələri:

Madonna 29 yaşlı futbolçu sevgilisi ilə evlənir

04.11.2025 23:28

67 yaşlı amerikalı məşhur müğənni Madonnanın 29 yaşlı futbolçu sevgilisi Akim Morrislə ailə quracağı iddia edilib.

Primeinfo.az xəbər verir ki, Madonna sevgilisinin evlilik təklifini qəbul edib. Toyun nə vaxt və harada keçiriləcəyi isə açıqlanmayıb.

Eyni zamanda bildirilir ki, Madonna gənc sevgilisi ilə nikah müqaviləsi bağlamağı planlaşdırır.

“Əlbəttə, o, evlilik müqaviləsi imzalayacaq. Akim buna tam razıdır — o, münasibətlərinin əvvəlindən bütün məxfilik şərtlərini qəbul edib, buna görə heç bir problem yoxdur,” – deyə o bildirib.

Qeyd edək ki, bu ilin mayında Madonna sevgilisinin 29 illik ad günü münasibətilə keçirilən ziyafətdə iştirak edib.

Paylaş: