Xəbər axtarın

Son axtarış nəticələri:

Mərakeşdə iki bina uçub: Çox sayda ölən var - FOTO- VİDEO  

10.12.2025 15:49

Mərakeşin Fəs şəhərində iki bina uçub. Nəticədə ən azı 22 nəfər ölüb, 16 nəfər yaralanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə dövlət xəbər agentliyi məlumat verib.

Məlumata görə, səkkiz ailənin yaşadığı iki bitişik dördmərtəbəli bina çöküb.

Yaralılar Fəs Universitet Xəstəxanası Mərkəzinə aparılıb. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirirlər, dağıntılar altında insanların qalmış olduğu ehtimal edilir.

Çökmənin səbəbi hələlik məlum deyil.

Paylaş: