
Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilib.
Primeinfo.az xəbər verir ki, “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş konfransda müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova yekun nitqində bildirib ki, aparılan müzakirələrin parlamentlər arasında dostluq və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə inanır.
***
11:18
Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı öz işinə başlayıb.
Primeinfo.az xəbər verir ki, tədbir “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunub. Konfransda müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində müzakirələr ediləcək.
Qeyd edək ki, toplantıda 20-yə yaxın ölkənin parlament nümayəndə heyətləri, həmçinin 5 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər.