Xəbər axtarın

Son axtarış nəticələri:

Milli Məclisdə büdcə zərfi müzakirəsi bu tarixdə başlanacaq

01.11.2025 17:12

Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Primeinfo.az-a açıqlamasında deyib ki, noyabrın 4-də komitədə 2026-ci il büdcə zərfi müzakirə ediləcək.

Azər Əmiraslanov bildirib ki, noyabrın 6-da komitədə büdcə paketinə daxil olan digər sənədlər müzakirəyə çıxarılacaq: “Söhbət əsasən Vergi Məcəlləsinə dəyişikliklərdən gedir. Digər komitələrdə də noyabrın 4, 5 və 6-da büdcə müzakirə olunacaq. Bayramdan sonra 2 gün ərzində ümumiləşmiş iclaslar keçirib komitələrdə büdcə müzakirələrini yekunlaşdıracağıq. Daha sonra parlamentin plenar iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq”.

Paylaş: