
Milli Məclisdə jurnalistlər üçün qoyulan telefon qadağası ləğv olunub.
Primeinfo.az xəbər verir ki, bu gündən etibarən media nümayəndələri parlamentin binasında telefon məhrumiyyətindən azad olunur. Artıq binaya daxil olan jurnalistlərin telefonları onlardan alınmayacaq.
Qeyd edək ki, sözügedən qərar 2022-ci ildən icra olunurdu.
Bu məsələni ötən həftə Real TV-nin jurnalisti Mahir Məmmədli gündəmə gətirmişdi. O, Milli Məclisdə jurnalistin telefonunun əlindən alınmasını onun fəaliyyətinə maneə kimi qiymətləndirmişdi.