Xəbər axtarın

Son axtarış nəticələri:

Milli Məclisin plenar iclası başlayıb

03.03.2026 11:08


Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Primeinfo.az xəbər verir ki, iclasın gündəliyində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi daxil olmaqla, ümumilikdə, 8 məsələ var.

Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edəcək.

Qeyd edək ki, plenar iclasa spiker Sahibə Qafarova sədrlik edir.

Paylaş: