
“Bu savaşı bir şəkildə durdurmaq, İranı, İran vətəndaşlarını bu gərginlikdən çıxarmaq lazımdır. Yoxsa, ziyanı xalq çəkəcək”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
O, İranda baş verən olayları şərh edib:
“İran hər nə qədər hərbi gücünü saxlasa da, ideoloji və iqtisadi cəhətdən dağılıb. Ortalıqda dağılmış bir rejim var. İranda komandanın bir tərəfi danışıq, digər tərəfi isə savaş istəyir. Savaşı da qalibiyyət üçün istəmir. Sanki – mən gedirəmsə, regionu dağıdıb gedəcəyəm – iddiasındadırlar”.
Ətraflı “Qırmızı masa”da: