Xəbər axtarın

Son axtarış nəticələri:

Mustafa Cəmiloğlunun oğlu İstanbulda dəfn edildi - FOTO

25.10.2025 18:50

Türk dünyasının əfsanəsi, Krım türklərinin lideri Mustafa Cəmiloğlunun oğlu Eldar Əbubəkurov son mənzilə yola salınıb.

Primeinfo.az xəbər verir ki, o, Türkiyənin İstanbul şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, dostları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Eldar Əbubəkurov uzun sürən xəstəlikdən sonra oktyabr ayının 22-də 51 yaşında vəfat edib.

E.Əbubəkurov 2003-2008-ci illərdə İrakdakı beynəlxalq sülhyaratma missiyasında Ukrayna Ordusunun tərkibində olub.

Allah rəhmət eləsin!

Paylaş: