Xəbər axtarın

Son axtarış nəticələri:

Natiq Cəfərli: “Nobel mükafatçısı da gəlsə, bu sistemdə rüşvət alacaq” - VİDEO

24.10.2025 18:48

 

“Ölkədə iqtisadi və sosial problemlərin kökündə siyasi idarəetmə sistemi dayanır”.

Primeinfo.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.

Onun sözlərinə görə, Azərbaycanın hazırkı idarəetmə sistemi islahatlara tab gətirmir:

“İstər ən doğru iqtisadi qərarlar qəbul edilsin, istərsə də ən savadlı mütəxəssislər gətirilsin, bu sistem daxilində dəyişiklik mümkün deyil. Nobel mükafatçısı da gəlsə, bu sistemdə rüşvət alacaq. Çünki problem fərdlərdə deyil, sistemin özündədir”.

N.Cəfərli əlavə edib ki, nə qədər iqtisadi islahatlarla bağlı ən doğru qəbul edilsə də, yerlərdə icra olunmur: “Azərbaycanın indiki idarəetmə modeli islahatların həyata keçirilməsinə imkan vermir”.

Paylaş: