Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda əməyin mühafizəsi üzrə təlimlərə start verilib

19.01.2026 12:44

Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Primeinfo.az xəbər verir ki, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə bir müəssisənin 17 əməkdaşı iştirak edib.

Təlim çərçivəsində mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran mövzular ətrafında geniş müzakirələr aparılıb.

Paylaş: