Xəbər axtarın

Son axtarış nəticələri:

“O qədər qudurublar ki, hamını və hər şeyi pulla ələ alacaqlarına əmindirlər” - VİDEO

25.11.2025 18:00


“Bəzi sahibkarlar özlərini qanundan üstün sayırlar. Düşünürlər ki, yaşayış binasının altındakı ərazi, binanın həyəti, orada yaşayan insanlar – hamı bunlara xidmət etməlidir”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

“Bina sahibləri o qədər qudurublar ki, ümumiyyətlə, sakinlərin nəinki təhlükəsizliyini, heç hüquqlarını da veclərinə almırlar. Bu da yekəbaşlıq, qanunları saymamaq, hamını və hər şeyi pulla almaq niyyəti və əminliyindən irəli gəlir”, – deyə o vurğulayıb.

Elçin Alıoğlunun sözlərinə görə, paytaxtdakı yaşayış binalarının 1-ci mərtəbəsi və ya zirzəmisindəki bir çox obyektlər qanunsuz fəaliyyət göstərir:

“Bəzi “iş adamları” açdıqları kafe və restoranlarda texniki təhlükəsizlik qaydalarına qətiyyən əməl etmirlər. Halbuki onlar heç iş adamları da deyillər, onlar yalnız cinayət işinin adamları ola bilərlər”.

 

Paylaş: