Xəbər axtarın

Son axtarış nəticələri:

Oqtay Şirəliyevin yerinə təyinat olacaq

07.10.2025 10:11

Oktyabrın 9-da, saat 10:00-da Respublika Diaqnostika Mərkəzi ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Primeinfo.az xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tiflis prospekti, 147 ünvanında olacaq.

Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.

İndiyə qədər Respublika Diaqnostika Mərkəzinə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.

Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.

Paylaş: