Xəbər axtarın

Son axtarış nəticələri:

"Qarabağ" - "Ayntraxt Frankfurt" matçının hakimləri AÇIQLANDI

19.01.2026 16:30


“Qarabağ” və “Ayntraxt Frankfurt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

Primeinfo.az xəbər verir ki, matç İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şarer olacaq. FIFA referisinə Stefan de Almeyda və Conas Erni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək.

VAR-da Fedayi San, AVAR-da isə Lukas Fandrix olacaq.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Paylaş: