
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” (İtaliya) və “Qarabağ” klubları qarşılaşıb.
Primeinfo.az xəbər verir ki, “Stadio Diego Armando Maradona” stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
İlk hissədə tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb. “Napoli” görüşün 56-cı dəqiqəsində penalti zərbəsini qaçırıb. Koxalski zərbəni dəf edib.
“Napoli” 66-cı dəqiqədə Skott Maktomineyin qolu ilə hesabı açıb: 1-0. Növbəti qolu 73-cü dəqiqədə Yankoviç vurub: 2-0.
“Qarabağ” “Napoli”yə 2-0 hesabı ilə məğlub olub.